Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək

Samir Soltanov/AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 15-də Sabirabad şəhərində vətəndaşları qəbul edəcək. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Heydər Əliyev prospekti, 95) Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edə bilər. 
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. 
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

11.12.2017 18:17 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo