Qasemi: 21 illik danışıqlardan sonra uğur əldə edilib

Leyla Məhərrəmova/AZADİNFORM. Xəzər dənizinin hüquqi statusu ilə bağlı 21 illik danışıqlardan sonra uğur əldə edilib. 

Azadinform “İRNA.İr”ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Bəhram Qasemi jurnalistlərin Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı dekabrın 5-i Moskva görüşününü nəticələri barədə sualına cavab verərkən deyib. Onun sözlərinə görə, konvensiyanın texniki və ekspert baxışından sonra Astanada müzakirə edilməsi qərarlaşdırılıb: “İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan XİN rəhbərləri Xəzər dənizinin müxtəlif sahələrini əhatə edən əməkdaşlıq planını imzalayıblar.  Bura iqtisadiyyat, nəqliyyat, dənizçilik sahəsində hərbi fəaliyyət, narkotiklə mübarizə kimi sahələri aiddir”.

11.12.2017 17:50 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo