"Muzey işi üzrə yeniliklərin tətbiqi genişləndirilməlidir"

Eşqin Nuruşov/AZADİNFORM. “Muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi genişləndirilməlidir”.

Azadinform xəbər verir ki, bunu paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Hər il ölkəmizə gələn turistlərin sayı artdığını bildirən nazir, həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu olduğunu da qeyd edib.

“Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir. Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir” deyə nazir əlavə edib. Ə. Qarayev vurğulayıb ki, həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir.

“Əksər muzeylərimizdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Bu şəraitdən düzgün istifadə edərək insanları muzeylərə cəlb etməliyik” – deyə nazir bildirib.

11.12.2017 17:34 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo