Berlində İsrail bayrağının yandırılmasına hökumətdən sərt reaksiya

Samir Soltanov/AZADİNFORM. Berlində Qüdslə bağlı etirazlar zamanı İsrail bayrağının yandırılmasına Almaniya hökuməti sərt reaksiya verib. 

Azadinform xəbər verir ki, Almaniyanın daxili işlər naziri Tomas de Maiziere Almaniya ilə İsrail dövləti və yəhudilər arasında xüsusi bağlılığın olduğunu bildirib: “Yəhudilərlə İsrail dövlətinin bu şəkildə təhqir olunmasını qəbul edə bilmərik”. 

Məsələ ilə bağlı Almaniyanın xarici işlər naziri Sigmar Gabriel bildirib ki, heç bir şey İsrail bayrağının yandırılmasına səbəb ola bilməz: “Heç kimə yəhudilərə qarşı düşmənçilik etmək haqqı verilməyib”. 
Ədliyyə naziri Heiko Maas isə qeyd edib ki, antisemitizm düşmənçiliyi hamımıza qarşı edilən düşmənçilikdir: “Bu cür hərəkətlərə heç bir yerdə icazə verilməməlidir”. 
Ölkənin Liberal partiyasının xarici siyasət üzrə mütəxəssisi Aleksandr Graf Lambsdorff isə etiraz aksiyaları üçün “Qorxunc görüntülərdir. Bu həqiqətən Berlin üçün bir utancverici haldır” – deyə bildirib. 
Qeyd edək ki, Almaniya polisi hadisə ilə əlaqədar 10 etirazçını nəzarətə götürüb. 

11.12.2017 17:20 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo