Məşhur filmlərin rejissoru öldürüldü

Ləman Hüseynzadə / AZADİNFORM. “Çanaqqala yolun sonu”, “Qəribə bir cinayət”, “Ankara ayazı” filmlərinin və “Qanadsız quşlar” serialının rejissoru Mustafa Kamal Uzun öz evində qətlə yetirilib.

Azadinform xəbər verir ki, rejissoru qətlə yetirən şəxs filmlərinin birində rol almış aktyor Osman A-dır. Polis tərəfindən saxlanılan aktyor qətlin təfərrüatlarını danışıb: “Mustafa Kamal Uzunun rejissoru olduğu serialda kiçik rola çəkilmişdim. Dünən kafelərin birində onunla yeyib-içdik. Daha sonra Uzunun evinə getdik. Orada spirtli içki içdik. Mübahisəmiz düşdü və onu bıçaqladım. Sonra başından beyzbol çubuğu ilə vurdum. Mobil telefonunu, pulqabını və avtomobilini götürüb oradan uzaqlaşdım”.

Qeyd edək ki, cəsədi tibbi ekspertizaya göndərəilən Mustafa Kamal Uzun 49 serial və film çəkib. O, bir sıra beynəlxalq mükafatların sahibidir. Kemal “Hababam Sınıfı Güle Güle” filmində “paltosu olmayan fağır Sefa” obrazını da canlandırıb.

11.12.2017 17:15 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo