Özün çalıb, özün oynayarsan Ərdoğandan Trampa

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu gün özünü Qüdsün sahibi zənn edənlər sabah arxasında gizlənməyə ağac belə tapa bilməyəcəklərini anlamalıdırlar”.

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Hüquqları günü münasibətilə təşkil edilmiş konfransda çıxış edərkən deyib. 

Ərdoğan bildirib ki, Amerika aldığı bu qərarla Qüdsdə tökülən qana da ortaq olub: “Biz bu qərarı heç vaxt dəstəkləmərik və tanımırıq. Trampın bu açıqlaması bizi birləşdirməz. Qüdsü və İslam dünyasını da birləşdirməz. Özün çalıb, özün oynayarsan. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti qurulana qədər bu mübarizə bitməyəcək. Qüdsü müsəlmanlara və digər dinlərin mənsublarına zindan edənlər əllərindəki qanı heç vaxt təmizləyə bilməyəcəklər”.

11.12.2017 17:00 / Baxılıb: 317 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo