Səudiyyə Ərəbistanında daha bir qadağa ləğv edilir

Ləman Hüseynzadə / AZADİNFORM. Səudiyyə Ərəbistanında daha bir qadağa aradan qaldırılır.

Azadinform xəbər verir ki, 2018-ci ilin ilk aylarından etibarən ölkədə kinoteatrların sərbəst buraxılacağı açıqlanılıb.

Bildirilib ki, kinoteatrların açılması ölkənin əyləncə mərkəzlərinin müxtəlifliyini artıracaq və 2030-cu ildə Səudiyyə Ərəbistanında 300-dən artıq sinema mərkəzlərinin olacağı gözlənilir.

Məlumata görə, kino sahəsi ölkə iqtisadiyyatına 24 milyard dollar həcmində gəlir gətirəcək və əhali üçün 30 min yeni iş fürsəti yaradacaq.

Vəliəhd şahzadə Məhəmməd ibn Salman daha əvvəlki çıxışlarında ölkənin islahat prosesinə daxil olacağını və “mülayim İslam”a dönəcəyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında bir müddət öncə qadınların avtomobil idarə etməyi ilə bağlı əngəllər də aradan qaldırılıb.

11.12.2017 16:30 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo