Yarım əsrin jurnalisti Etibar Cəbrayıloğlu

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün tanınmış jurnalist Etibar Cəbrayıloğlunun doğum günüdür. 

Azadinform xəbər verir ki, E. Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub. 

1986-88-ci illərdə hərbi xidmətdə olub. 

1991-96-cı illərdə Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.

1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan “Çeşmə” qəzeti ilə fəal əməkdaşlıq edib. “Elin səsi” qəzetində müxbir, “Lənkəran” qəzetində redaktor müavini olub. 

1996-ci ildən Bakıya köçdükdən sonra “Press-fakt” qəzetində müxbir, şöbə müdiri, “Bu gün” qəzetində baş redaktor müavini, “Yeni Müsavat” qəzetində informasiya şöbəsinin müdiri, “Yeni Yüzil” və “Cümhuriyyət” qəzetlərində baş redaktor müavini, “Politika” qəzetində baş redaktor, “Üç nöqtə” qəzetində şöbə redaktoru, “Hesabat” jurnalında koordinator, “Gün səhər” qəzetində şöbə redaktoru, baş redaktor müavini, “Biz+” jurnalında baş redaktor müavini, “Haqqın nuru” qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.

2007-ci ildən “Ədalət” qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.

2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır.

2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-da təcrübə keçib.

2012-ci ildə “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

“Ədalət”, “Hetrik-news”, qəzetləri, Modern.az və Qol.az saytları ilə sıx əməkdaşlıq edir.

Ailəlidir, 1 oğlu və 1 qızı var.     

11.12.2017 16:16 / Baxılıb: 440 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo