Yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq

Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq.

Məlumata görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.

Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir.

Buna uyğun olaraq “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

11.12.2017 13:25 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo