Bu gün ÇL-in 1/8 final mərhələsinin püşkü atılacaq

Samir Soltanov/AZADİNFORM. Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. 

Azadinform xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq.  
Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar.  
Bundan başqa, püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək. 
Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Çempionlar Liqası

 

1/8 final

 

Səpələnmişlər

 

“Mançester Yunayted” (İngiltərə)

 

PSJ (Fransa)

 

“Barselona” (İspaniya)

 

“Roma” (İtaliya)

 

“Tottenhem” (İngiltərə)

 

“Liverpul” (İngiltərə)

 

“Mançester Siti” (İngiltərə)

 

“Beşiktaş” (Türkiyə)

 


Səpələnməmişlər

 


“Yuventus” (İtaliya)

 

“Bazel” (İsveçrə)

 

“Şaxtyor” (Ukrayna)

 

“Bavariya” (Almaniya)

 

“Çelsi” (İngiltərə)

 

“Real” (İspaniya)

 

“Porto” (Portuqaliya)

 

“Sevilya” (İspaniya)

 

 

Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.

11.12.2017 13:10 / Baxılıb: 385 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo