Salyanda evdən 4 min manat pul oğurlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Salyanda evdən 4 min manat pul oğurlanıb.

Azadinform xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Şirvan regional qrupu məlumat yayıb. Məlumata görə nazirliyin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.

RPŞ-yə dəvət edilən P. Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib.

11.12.2017 13:20 / Baxılıb: 295 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo