Yağmursuz hava şəraiti sabah da davam edəcək

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə  5-8° isti, gündüz  9-13° isti olacağı gözlənilir. Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 768  mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi  rütubət  gecə  70-80 %, gündüz 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında isə, hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° isti, gündüz  5-10° isti olacağı gözlənilir.

11.12.2017 13:00 / Baxılıb: 364 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo