Türkiyə 1 həftədə terrorçulara qarşı 1323 əməliyyat keçirib

Samir Soltanov/AZADİNFORM. Türkiyədə son bir həftə ərzində terror təşkilatlarına qarşı 1323 əməliyyat keçirilib. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumata yayıb. Məlumata görə, bölücü terror təşkilatlarına yardım etməkdə şübhəli bilinən 153,  İŞİD ilə əlaqəsi olduğu iddia edilən 67, Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə mübarizə 699, sol terror təşkilatları ilə əlaqəsi olan 4 nəfər saxlanılıb.  

Təşkil edilmiş planlı əməliyyatlar çərçivəsində isə 923 nəfər terror cinayətlərinə görə, 3 min 65 nəfər narkotik və qaçaqmalçılıq cinayətlərində, 74-ü isə digər cinayətkar əməllərdə, ümumilikdə 4 min 62 şübhəli şəxs saxlanılıb. 

11.12.2017 12:55 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo