Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.

Azadinform BMT-nin saytına istinadən xəbər verir ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib: “Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib”.

Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, “İrma” və “Mariya” qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.

11.12.2017 12:50 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo