Mərkəzi Bank 400 milyon manat cəlb edir

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən Azadinform-a verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 292,50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,68% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifdən 1,36 dəfə az olub.

Qeyd edək ki, bugünkü depozit hərracında 400 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

11.12.2017 12:42 / Baxılıb: 313 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo