Eks prezident yumurta atəşinə tutuldu

Qırğızıstanın eks prezidenti Əskər Akayev Almaniyada yumurta atəşinə məruz qalıb.

Azadinform Sputnik-ə istinadən xəbər verir ki, müharibə veteranları ilə görüşdə eks prezidentə yumurta atıblar. Həmin vaxt eks prezidentin yanında olan qızı çanta ilə yumurta atanların başına vurub. KyrgyzClub–Germany qrupu Əskər Akayevi tənqidi şüarlarla qarşılayıb.

Akayevdən tələb olunub ki, öz ana dilində danışsın. O, tələbə baxmayaraq çıxışını almanca davam etdirib.

11.12.2017 12:36 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo