Zibil tutumları arasında məsafə 100 metrdən çox olmayacaq

Azərbaycanın şəhər rayonlarının inzibati mərkəzlərində zibil tutumları (urnalar) arasında məsafə 100 metrdən çox olmayacaq.

Məlumata görə, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanunun 12-ci (Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər) maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, şəhər rayonları inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (apa)

11.12.2017 12:07 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo