Mixail Saakaşvili məhkəməyə gətirildi

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsinə gətirilib.

Azadinform Publika.az-a istinadən xəbər verir ki, məhkəmə Saakaşvili barəsində ehtiyat tədbiri seçməlidir.

Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunur. Saakaşvili Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinir.

Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib ki, prokurorlar Saakaşvili barəsində elektron qolbağın daşınması ilə ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında xahiş edəcəklər.

11.12.2017 11:30 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo