Özcan Dəniz ilk dəfə sevgilisi ilə əl-ələ Foto

Ləman Hüseynzadə / AZADİNFORM. Feyza Aktanla gizli eşq yaşayan və ata olmağa hazırlaşan müğənni-aktyor Özcan Dəniz ilk dəfə sevgilisi ilə əl-ələ görüntülənib.

Azadinform xəbər verir ki, baş rollarını Məryəm Üzerli və Aslı Enver ilə paylaşdığı “Öteki taraf” filminin qalası üçün Vyanaya uçan sənətçi 5 aylıq hamilə olan sevgilisini də özü ilə aparıb. İki təhlükəsizlik işçisinin mühafizəsi ilə gəzən, uzun müddətdir mediadan gizlənməyə çalışan cütlük Atatürk hava limanında ilk dəfə görüntüləniblər.

Sevgilisini təyyarəyə ötürən Özcan jurnalistlərə “Çəkdiniz daha, bəsdir” deyərək kameraları söndürmələrini xahiş edib.

 

 

11.12.2017 11:02 / Baxılıb: 612 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2018
22.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo