"Heydər Əliyevin göstərdiyi böyük fəaliyyət zaman keçdikcə aydın görünür"

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Azadinform xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir müstəqil Azərbaycanın qurulmasında, inkişafında və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin ölkəmizdə elmin inkişafına göstərdiyi diqqətdən söz açıb.

Akademik A. Əlizadə ulu öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayıb, Ümummilli Liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələrinin zaman keçdikcə daha aydın göründüyünü söyləyib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini deyib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.

Çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən söz açıblar.

11.12.2017 11:12 / Baxılıb: 435 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo