Qüdsün İsrail paytaxtı kimi tanınacağı təqdirdə, İƏT üzv ölkələri

Dekabrın 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin üzrə fövqəladə sammitində Qüds şəhərinin İsrail paytaxtı kimi tanınmasına qarşı müəyyən qərarların qəbul edilməsi planlaşdırılır.

Azadinform Trend-ə istinadən xəbər verir ki, İƏT ölkələri ilk növbədə Qüds üzrə xüsusi komissiya yaradacaqlar.

Digər ölkələrin də Qüdsü İsrail paytaxtı kimi tanıyacağı təqdirdə, İƏT üzv ölkələrinin həmin dövlətlərlə münasibətlərə yenidən baxacağı bildirilir.

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin etiraz əlaməti olaraq ABŞ-dakı səfirlərini geri çağıra biləcəyi istisna olunmur.

Türkiyə KİV yazır ki, İƏT ölkələri İsrailə qarşı iqtisadi sanksiyalar da qəbul edəcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

11.12.2017 11:00 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo