Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azadinform xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğulayıb. Dövlətimizin başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu deyib. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirib ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.

Dövlətimizin başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş edib.

11.12.2017 10:48 / Baxılıb: 447 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo