Donald Tramp: "Ciddi tədbirlər görüləcək"

ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” səhifəsində ölkədaxili yalan informasiya yayan kütləvi informasiya vasitələrindən danışıb.

Məlumata görə, Tramp tvitində ölkədə fəaliyyət göstərən yalançı KİV-lərin nəzarətindən çıxıb, yayılan yanlış xəbərlərin dünya mediasında ölkənin nüfuzuna zərər vurduğunu qeyd edir:

"Bu həftədə yalançı KİV-lər saxta və qeyri-dəqiq informasiyaları ilə gündəmə gələ bilmədilər. Artıq bu xəbərlər həddən artıq az müzakirə olunur. Onlar nəzarət altından çıxdılar: düzgün və qərəzsiz informasiya onlar üçün heç bir məna kəsb etmir. Yalan informasiya yayımlayan nəşrlər sonradan öz informasiyalarını təkzib etmək məcburiyyətində qalırlar“.

O, bildirib ki, belə media Amerikanın nüfuzuna ləkədir. Onlar haqqında ciddi tədbirlər görüləcək.

ABŞ prezidenti Amerikada fəaliyyət göstərən bir sıra KİV-ləri dəqiqləşdirilməmiş informasiya yaymaqda ittiham edib. Ötən ay ərzində Tramp jurnalistlərin ən az 3 dəfə yalan məlumat yazdıqlarını sübut edib. (Publika.az)

11.12.2017 10:50 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo