Putinin Türkiyə səfərinin proqramı məlum olub

Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək.

Məlumata görə,  Türkiyə və Rusiya prezidentləri Bakı vaxtilə saat 19:30-da təkbətək görüş keçirəcəklər.

Saat 20:00-da isə Türkiyə və Rusiya rəhbərliyi nümayəndə heyətinin iştirakı ilə şam yeməyi veriləcək. 

Bakı vaxtı ilə saat 22:00-da isə Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq. 

Putinin səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşəcək.

Məlumata əsasən, səfər zaman iki ölkə arasında münasibətlər, Qüds məsələsi, Suriyada vəziyyət və digər regional, beynəlxalq məsələlər müzakirə ediləcək. (Azvision.az)

11.12.2017 10:28 / Baxılıb: 193 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo