Metroda qorxulu anlar - 17 yaşlı oğlanın ayağı...

Adəm Abbaslı/AZADİNFORM. Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib. Bildirilib ki, hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib.

11.12.2017 09:50 / Baxılıb: 524 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo