Salyan, Neftçala və Şirvanda yanğın olub - Ölən var

Adəm Abbaslı/AZADİNFORM. Salyanda yanğın hadisəsi qeydə alınıb.

Azadinform FHN-ə istinadən xəbər verir ki, Salyan rayonu, Gəncəli kəndində ümumi sahəsi 28 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğından tikilinin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Neftçalada da yanğın hadisəsi qeydə alınıb.

Xəbərə görə, Neftçala rayonu, Şorkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirindən ibarət tavanı 72 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şirvan şəhərindəki yanğında isə ölən də olub.

Məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış meyiti aşkarlanıb. Yanğın söndürülüb.

11.12.2017 09:45 / Baxılıb: 309 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo