Lionel Messidən növbəti rekord

Adəm Abbaslı/AZADİNFORM. "Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb.

Azadinform-un məlumatına görə, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə “Bavariya”-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da "Vilyarreal"la matçda Messi “Barselona”nın heyətində 525-ci qolunu vurub.

Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə “Bavariya”nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən “Barselona”da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xatırladaq ki, bu barədə klubun saytı məlumat yayıb.

11.12.2017 09:40 / Baxılıb: 1088 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo