"Facebook" daha bir yenilik etdi

Adəm Abbaslı/AZADİNFORM. "Facebook" sosial şəbəkəsi daha bir yenilik edib. Belə ki, şirkət video üçün yeni səs kolleksiyası yaradıb.

Xarici KİV-lərin yaydığı məlumata görə, "Facebook"un yeni səs kolleksiyası istifadəçilərin video üçün musiqilər seçməsinə yeni imkanlar yaradır.

Sosial şəbəkədə video üçün musiqini seçmək imkanı əvvəl az idi və ya musiqinin satın alınmasına görə ödəniş tələb olunurdu. Lakin artıq buna ehtiyac olmayacaq. "Facebook" öz istifadəçiləri üçün ödənişsiz min musiqisi olan səs kolleksiyası yaradıb.

11.12.2017 09:35 / Baxılıb: 1157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo