Ronaldunu vergidən yayındığına görə 30 milyon avro cərimə gözləyir

İspaniyanın "Real" klubunun hücumçusu Kriştianu Ronaldu vergidən yayınma ilə bağlı iş üzrə ən azı 30 milyon avro cərimə oluna bilər.

Azadinform xəbər verir ki, Ronaldu 2011-2014-cü illər aralığında 14,8 mln. avro məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunur.

Məhkəmənin iş üzrə iclası dekabrın 22-də keçiriləcək. AS nəşrinin məlumatına görə, portuqaliyalı futbolçu işi uduzacağı təqdirdə cərimə və üzərinə gələn faizlə birgə 30 mln. avro ödəməli olacaq.

10.12.2017 18:29 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo