Dortmund "Borussiya"sının baş məşqçisi dəyişib

Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının baş məşqçi postunda dəyişiklik baş verib.

Azadinform-un məlumatına görə, ardıcıl 8 oyun davam edən qələbəsizliyin ardından Peter Boş istefaya göndərilib.

Hollandiyalı mütəxəssisi "Köln"ün sabiq baş məşqçisi Peter Ştyoger əvəzləyib. Avstriyalı mütəxəssis və köməkçiləri ilə müqavilə 30 iyun 2018-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Peter Ştyogerin ilk iş yeri elə "Köln" olub. 51 yaşlı baş məşqçi Bundesliqada 14 oyunluq qələbəsizlikdən sonra qovulub. Peter Boş isə "Borussiya"ya iyundan rəhbərlik edirdi. 54 yaşlı mütəxəssis əvvəllər Hollandiya "Ayaks"ında çalışıb.

10.12.2017 17:47 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.09.2018
    25.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo