Rəsmi Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir

Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Qeorqadze bildirib.

M. Qeorqadze deyib ki, heç kim  M. Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixeil Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M. Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır. 

10.12.2017 16:40 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo