Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb

Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib.

Azadinform "Indian Express" nəşrinə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.

Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

10.12.2017 15:47 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo