Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

2017-ci ildə "Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb.

Azadinform xəbər verir ki, bu barədə turnirin "F1i" rəsmi saytına yerləşdirilən məlumatda bildirilir.

Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.

60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.

Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər.

Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub.

Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.

10.12.2017 15:30 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
    22.04.2018
    21.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo