Gəncədə kimsəsiz qadını maşın vuraraq öldürüb

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Nərgiz adlı qadın yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Tüfeyli həyat tərzi sürən qadın aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Qadının təxminən 50-55 yaşı olduğu bildirilir.

Hadisə Şəmkir avtovağzalı adlanan ərazidə baş verib. Sürücü ilkin ifadəsində qadını vurmadığını, maşını işə salan zaman məhz qadının qəfil maşına çırpılaraq yerə yıxıldığını bildirib. 

Faktla bağlı araşdırma aparılır. (report)

10.12.2017 15:03 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo