Paytaxtın Astanaya köçürülməsinin 20 ili tamam olub

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 20 il əvvəl, 10 dekabr 1997-ci ildə paytaxtın köçürülməsi barədə fərman imzalayıb.

Azadinform-un "khabar.kz" saytına istinadən verdiyi məlumata görə, fərmana əsasən paytaxt Alma-Atadan Akmolaya köçürülüb.

Növbəti il Akmolanın adı dəyişdirilərək Astana adlandırılıb və iyunun 10-da Astananın beynəlxalq prezentasiyası keçirilib. YUNESKO-nun qərarına əsasən  Astana 1999-cu ildə "Dünya şəhəri" adlandırılıb.

10.12.2017 14:08 / Baxılıb: 107 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo