ABŞ-da təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində bir mühərriki olan təyyarə qəzaya uğrayıb.

Azadinform-un CBS telekanalına istinadən verdiyi məlumata görə, " Beechcraft Bonanza" markalı təyyarənin göyərtəsində 4 nəfər olub.

Təyyarə "Montqomeri Fild" aeroportundan havaya qalxdıqdan sonra pilot mühərrikdə problem yarandığı barədə məlumat verib və aeroporta geri qayıtmağa cəhd edib. Pilot təyyarə böyük sürətlə yerə endirməyi bacarsa da, qəzadan qaçmaq mümkün olmayıb. Təyyarə yaşayış evinə çırpılıb. Ancaq xoşbəxtlikdən həmin an evdə heç kim olmayıb.

Qəza nəticəsində təyyarədə olan 4 nəfərdən 2-i ölüb, 2-i yaralanıb. 

10.12.2017 13:31 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo