Formula 1-də ən yaxşı ötmə manevri Bakıda icra edilib

Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə manevrinin videosunu paylaşıb.

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, manevr ötən ilin iyununda Bakıda keçirilmiş Formula-1”Azərbayca Qran-Prisində avstraliyalı Daniel Rikkyardo tərəfindən icra edilib.   

“Red Bull” komandasının tərkibində çıxış edən pilot D.Rikkyardo eyni vaxtda üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı ötməyə nail olub.

Qeyd edək ki, D.Rikkyardo ümumi hesabda 200 bal toplayaraq, “Formula-1” pilotları arasında 2017-ci il mövsümü üzrə 5-ci yer tutub. 

10.12.2017 13:17 / Baxılıb: 314 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo