Sankt-Peterburqda terror törətmək istəyən İŞİD üzvü saxlanılıb

Sankt-Peterburqun Moskovski rayon məhkəməsi şəhərdə terror aktı törətməyi və Əfqanıstanda İŞİD-ə qoşulmağı planlaşdıran Tacikistan vətəndaşı Umar Maxmadiyev barəsində həbs qətimkan tədbiri seçib.

 Azadinform-un xəbərinə görə, bu barədə “RİA Novosti”yə məhkəmədən bildirilib.  

“Maxmadiyev Əfqanıstan ərazisinə keçərək İŞİD sıralarına qatılmağı, bunun mümkün olmayacağı təqdirdə isə, Sankt-Peterburq şəhərində İŞİD-in adından terror aktı törətməyi planlaşdırıb”, - deyə məhkəmədən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Stavropolda xüsusi əməliyyat zamanı 3 silahlı məhv edilib.

10.12.2017 10:06 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo