Akkuyu AES-i layihəsinin işə salınması ilə bağlı mərasim keçiriləcək

Türkiyənin Mersin əyalətində dekabrın 10-da  “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək. 

Azadinform-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə “Rosatom”un rəhbəri Aleksey Lixaçov və Türkiyənin energetika naziri Berat Albayrak iştirak edəcək.

Məlumata görə, söhbət enerji bloklarının inşasına dair hazırlıq işlərinin başlanmasından gedir.

Qeyd edək ki, prezident Vladimir Putin Rusiyanın “Akkuyu” AES-in tikintisinə 22 mlrd. dollar yatırılacağını bəyan etmişdir. 

Ankara stansiyanı 2023-cü ildə işə salmaq niyyətindədir. 

10.12.2017 12:13 / Baxılıb: 279 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo