Əfqanıstanda 30-dan çox yaraqlı məhv edilib

Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində xüsusi təyinatlı qüvvələrin apardığı əməliyyat zamanı aralarında xarici ölkə vətəndaşları da olmaqla azı 31 nəfər məhv edilib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü hərbi mənbələrə istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Ordu nümayəndəsinin sözlərinə görə, əməliyyat cümə günü axşam İmam Sahib rayonu ətrafında aparılıb. Öldürülən yaraqlılar arasında dörd səhra komandiri və iki Tacikistan vətəndaşı var.

10.12.2017 10:37 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo