Səudiyyə Ərəbistanı Yerusəlimə dair qərarı dəyişməyə çağırıb

Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cubeyr  ABŞ-ı Yerusəlimi İsrailin paytaxtı tanınması və Amerika səfirliyinin Təl Əvivdən  Yerusəlimə köçürülməsi ilə bağlı qərarını dəyişməyə çağırıb.

Azadinform-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Adil Əl Cubeyr  bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bildirib. Onun sözlərinə  görə, beynəlxalq ictimaiyyət problemin həlli istiqamətində səyləri aktivləşdirməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdə ən yaxın iqtisadi, hərbi və siyasi tərəfdaşlarından biridir. 

10.12.2017 10:14 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo