Şəkidəki qəzada 4 nəfər ölüb, 4-ü yaralanıb

Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Məlumata görə, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində  baş verib.  Hələki  sürücülərinin şəxsiyyəti dəqiqləşməyən “Mersedes” və “Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, digəri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

Yaralılardan 4 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər  isə Şəki MRX-a aparılıb.

Şəki MRX-dan bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (apa)

9.12.2017 21:02 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo