Toya gedən kişini maşın vurdu

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Ötən gecə rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq evinin qarşısında kənd sakini Rəhimov Səbuhi Asif oğlu idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili ilə şadlıq evindəki toy mərasimindən çıxaraq yolu keçən Bakı şəhəri Əmircan qəsəbə sakini, 1975-ci il təvəllüdlü Azakov Natiq Zahir oğlunu vurub. 

N. Azakov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  (apa)

9.12.2017 15:11 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo