Azərbaycan birinciliyini qoruyub saxlayır

Eşqin Nuruşov/AZADİNFORM. Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, həmçinin batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir.

Azadinform xəbər verir ki, iştirakçılar Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, “Ocaq Sport” və “Start” klublarını, həmçinin Su İdman Sarayını təmsil edirlər.

Artıq dördüncü dəfədir təşkil olunan bölgələrarası kubok yarışında isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt təmsilçiləri çıxış edirlər. Kubok yarışında balacalar alətsiz və halqa, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdirəcəklər.

Yarışların ikinci günündə bölgələrarası kubok yarışında 2007-2009-cu il təvəllüdlü balacalar alətsiz və halqa, 2005-2006-cı il təvəllüdlü yeniyetmələr isə top, gürzlər və lentlə çıxış edəcəklər.

Daha sonra 2002-2004-cü il təvəllüdlü gənclər arasında halqa, top, gürzlər və lentlər üzrə qrup hərəkətləri komandaları arasında Azərbaycan çempionları müəyyənləşəcək.

Turnirin sonuncu günü yəni, dekabrın 10-da “Qızıl Yaş” adlandırılmış şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məhz məşqçilər çıxacaqlar. Bir neçə il əvvəl gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qız yarış meydançasında öz məharətlərini göstərəcəklər.

Batutçular isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqramda mübarizə aparırlar.

Qeyd edək ki, batutçuların yarışında yerli idmançılarla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edirlər.

9.12.2017 13:37 / Baxılıb: 152 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.09.2018
22.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo