Bərdə sakini həmyerlisini bıçaqlayıb

Eşqin Nuruşov/AZADİNFORM. Bərdədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, rayonun Əyricə kəndində şəhər sakini Orxan Kərimov münaqişə zəminində həmyerlisi Xasay Məhərrəmova bıçaqla xəsarət yetirib sonuncuya məxsus “VAZ-21014” markalı avtomobildə hadisə yerini tərk edib.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

9.12.2017 12:20 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo