Məcburi köçkün dərmandan zəhərlənib

Mingəçevirdə qadın dərmandan zəhərlənib.

Hadisə Su anbarı yaxınlığında yerləşən və məcburi köçkünlərin məskunlaşdığı köhnə turist bazası yaxınlığında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ağdam rayon sakini Şəlalə Qara qızı Muradova normadan artıq dərman preparatları qəbul etdikdən sonra onun zəhərləndiyi məlum olub. Ş.Muradova xəstəxanaya çatdırılıb.

Hadisənin təsadüfən yaxud qəsdən baş verib-vermədiyi hələlik məlum deyil. (report)

8.12.2017 22:21 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.01.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo