Tacikistan, Litva və Xorvatiyadakı səfirlər geri çağırıldı

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanın Tacikistan və Litvadakı səfirlərinin geri çağırılması haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Bundan başqa, Həsən Dilsuz oğlu Məmmədzadə də Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Həmçinin, Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.

8.12.2017 18:11 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo