Qüds məsələsi dünya üçün ciddi problemlər yaradacaq hadisədir

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın daxili siyasətində işləri alınmayan prezident Trampın bir anda Qüdsü İsrailin paytaxtı olaraq tanıması çox təəssüfləndirici haldır”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Fikri İşık bildirib. O qeyd edib ki, bu qərar yalnızca müsəlmanlar üçün deyil, xristian və yəhudilər üçün də müqəddəs sayılan Qüdsün statusunun dəyişdirilməsi anlamına gəlir: “Bu yolverilməzdir. Bu hal bölgədə qarşıdurmaların yaranmasına gətirib çıxaracaq. Bölgə yenidən atəş, alov, barut, qan və gözyaşına boğulacaq. Bunun üçün ABŞ bilməlidir ki, bu məsələ daxili siyasət kimi nəzarətə alına biləcək mövzu deyil”. 

Baş nazirin müavini qeyd edib ki, bu məsələ yalnız bölgəyə deyil, bütün dünyaya çox ciddi problemlər yaşadacaq hadisədir: “Ona görə Qüds mövzusunda heç kim həddini aşmasın. Həddi aşmaq daha böyük çətinlikləri özü ilə gətirəcək. Bir daha hər kəsi bu mövzuda doğru qərar verməyə çağırırıq. Qüdsü heç kim, heç bir ölkə siyasi məsələ etməsin”. 

8.12.2017 16:00 / Baxılıb: 533 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo