İsrail əsgərləri etirazçılara hücum etdi

Samir Soltanov/AZADİNFORM. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Fələstində etiraz aksiyaları səngimək bilmir. 

Azadinform xəbər verir ki, bu gün İsrail əsgərləri Məscidi-i Axsa və Qərbi Şəriyədə cümə namazından sonra təşkil edilən etiraz aksiyasında nümayişçilərə gerçək güllə və göz yaşardıcı qazla müdaxilə ediblər. 
Qeyd edək ki, qərara etiraz əlaməti olaraq Fələstində 3 gün milli qəzəb günü elan edildi. Bundan sonra Həmas lideri İsmayıl Həniyə İsrailə qarşı yeni bir üsyan çağırışı etdi. 

8.12.2017 15:35 / Baxılıb: 459 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo