SOCAR Vyetnam şirkətini ayda 3 milyon barrel neftlə təmin edəcək

Samir Soltanov/AZADİFNORM. SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading SA” şirkəti Vyetnamın “Binh Son Refining and Petrochemical Co” (“BSR”) şirkətini “AzəriLayt” (“Azeri Light”) markalı neftlə təmin edəcək. 

Azadinform xəbər verir ki, “SOCAR Trading SA” ilə “Binh Son Refining and Petrochemical Co” bununla bağlı müqavilə imzalayıblar. 2018-2021-ci illəri əhatə edəcək müqaviləyə görə, “SOCAR Trading” “BSR”ni ayda 3 milyon barrel “AzəriLayt” markalı neftlə təmin edəcək. “SOCAR Trading”, həmçinin qeyd edilən dövrdə Vyetnam şirkətinin aylıq 2 milyon barrel digər markalı xam neftlə təminatını həyata keçirəcək. 
Qeyd edək ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. Şirkətin bazar dəyəri təxminən 1,15 milyard ABŞ dollarıdır.

8.12.2017 15:10 / Baxılıb: 288 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo